...

Çində balıqçılarla dolu qayıq batıb

Dünya xəbərləri Materials 19 Mart 2017 12:19 (UTC +04:00)
Çinin şərqində Çjetsyan vilayətində içərisində 11 balıqçının olduğu qayıq batıb.
Çində balıqçılarla dolu qayıq batıb

Bakı. Trend:

Çinin şərqində Çjetsyan vilayətində içərisində 11 balıqçının olduğu qayıq batıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin "Sinxua" agentliyi xəbər verib.

Son məlumata görə, 5 nəfərin həyatını xilas etmək mümkün olub. 6 nəfər balıqçının taleyi isə hələ məlum deyil.

Hazırda xilasedicilər dəniz sahillərində itkin balıqçıların axtarışını davam etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti