...

Avtobus çaya aşdı - 10 ölü, 25 yaralı

Dünya xəbərləri Materials 27 Mart 2017 09:22 (UTC +04:00)
Hindistanın Manipur ştatında avtobusun yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.
Avtobus çaya aşdı - 10 ölü, 25 yaralı

Bakı. Trend:

Hindistanın Manipur ştatında avtobusun yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Trend-in məlumatına görə, insident gecə saat 3 radələrində baş verib. İmphal-Dimapur şossesi ilə hərəkət edən avtobus idarəetməni itirərək çaya düşüb.

Qəzanın səbəbləri hələ məlum deyil. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Xəstəxanadan veilən məlumata görə, yaralıların vəziyyətləri ağır olduğundan sayının artacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti