Bakı. Trend:
Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhərində yerləşən həbsxanada məhbusların qiyamı zamanı ölənlərin sayı 2-yə, yaralananların sayı isə 13-ə çatıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Aldo Suasua ştatının təhlükəsizlik xidmətlərinin koordinasiyası üzrə qrupun nümayəndəsi deyib.
XXX
08:33
Meksikanın Nuevo-Leon ştatının Kadereyta şəhərində yerləşən həbsxanada məhbuslar yenə qiyam etdi.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qiyam zamanı 1 nəzarətçi ölüb, 1-i nəzarətçi olmaqla 2 nəfər isə yaralanıb.
Xəbərdə deyilir ki, məhbuslar yeməyin və suyun olmamasına narazıçılıqlarını göstərmək üçün öz yataqlarının döşəklərini yandırırlar.
Nuevo-Leon höküməti xəbər verib ki, həbsxanada vəziyyətin stabilləşdirilməsi üçün təhlükəsizlik qüvvələri müdaxilə edirlər.
Qeyd edək ki, keçən həftə Meksikanın Syudad-Viktoriya şəhərində yerləşən həbsxanada məhbuslar arasında toqquşma olub. Toqquşma nəticəsində 3 məhbus ölüb, 1-i isə ağır yaralanıb. Bundan əbbəl yeraltı tunel vasitəsi ilə 29 məhbus həbsxanadan qaçıb.