...

ABŞ-da oteldə qaz sızması nəticəsində 6 uşaq zəhərlənib

Dünya xəbərləri Materials 2 Aprel 2017 03:17 (UTC +04:00)
ABŞ-ın Miçiqan ştatının Nayls şəhərində otellərin birində qaz sızması baş verib
ABŞ-da oteldə qaz sızması nəticəsində 6 uşaq zəhərlənib

Bakı. Trend:

ABŞ-ın Miçiqan ştatının Nayls şəhərində otellərin birində qaz sızması baş verib.

Trend-in məlumatına əsasən, sızma nəticəsində 6 uşaq zəhərlənib.

ABC telekanalı məlumat verir ki, ümumilikdə 12 nəfər dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənən uşaqlardan sonradan dünyasını dəyişib.

İlkin məlumatlara görə, dəm qazının yayılmasına səbəb hovuzun su qızdırıcısının nasaz olmasıdır.

Faktla bağlı polis araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti