...

ABŞ: İrana nəzarət etməliyik, çünki...

Dünya xəbərləri Materials 5 Aprel 2017 19:56 (UTC +04:00)
İran nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində fəaliyyət göstərir, lakin onun ballistik proqramı aqressivdir.
ABŞ: İrana nəzarət etməliyik, çünki...

Bakı. Trend:

İran nüvə proqramı ilə bağlı razılaşma çərçivəsində fəaliyyət göstərir, lakin onun ballistik proqramı aqressivdir. Trend-in məlumatına görə, bunu ABŞ strateji komandanlıq rəhbəri Con Hayten Senatda çıxışı zamanı deyib.

C.Hayten bildirib: "İranın hazırda razılaşma çərçivəsində fəaliyyət göstərməsi onun nüvə imkanlarının qarşısını alır. Lakin İran hələ də aqressiv ballistik proqram həyata keçirir ki, biz buna nəzarət etməliyik".

C.Hayten həmçinin əlavə edib ki, ABŞ Rusiya, Çin, Koreya və İranı həmin ölkələrdən gələ bilən təhlükə baxımından daim nəzarətdə saxlayır

Xəbər lenti

Xəbər lenti