Bakı. Trend:
Rusiyanın Ryazan vilayətində sərnişin avtobusu ilə yük maşını toqquşub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 2 nəfər həlak olub, 31 nəfər isə xəsarət alıb.
Məlumatda deyilir ki, toqquşma M-6 "Kaspiy" yolunun 215-ci kilometrində baş verib. Xəsarət alanlar Mixaylovskiy rayonunun xəstəxanalarına yerləşdiriliblər.