Bakı. Trend:
Əfqanıstanın Hazni vilayətində Talibanın 2 əsas rəhbəri hava zərbələri nəticəsində məhv edilib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu əyalət polisinin rəisi Aminulla Ömərkhil deyib.
Onun sözlərinə görə, Talibanın 2 əsas rəhbərlərindən olan Mavlavi Rəşid və Mavlavi Nafiz hava zərbələri nəticəsində məhv edilib.
"Taliban" terror qruplaşmasının üzvləri bu məlumatı şərh etmiyiblər.