...

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib: 15 ölü

Dünya xəbərləri Materials 9 Aprel 2017 16:53 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişoda hərbi bazanın yaxınlığında partlayış baş verib
Somalinin paytaxtı Moqadişoda partlayış baş verib: 15 ölü

Bakı. Trend:

Somalinin paytaxtı Moqadişoda hərbi bazanın yaxınlığında partlayış baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 15 nəfər ölüb.

Daha əvvəl, dörd nəfərin öldüyü haqda xəbər verilirdi.

Hərbçilərin məlumatına görə, partlayıcı qurğu intiharçı-terrorçu tərəfindən işə salınıb, onun məqsədi yüksək vəzifəli hərbi məmurlar olub.

Məlumata görə, partlayış yaxınlıqdan gedən mikroavtobus məhv edib.

"Mülki şəxslərlə dolu olan mikroavtobus məhv edilib, bütün sərnişinlər həlak olub", - silahlı qüvvələrin nümayəndəsi Əbdiqadir Hüseyn bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti