...

Şimali Koreyada PARAD - ballistik raketlər nümayiş olundu

Dünya xəbərləri Materials 15 Aprel 2017 10:37 (UTC +04:00)
Şimali Koreyanın paytaxtı Pxenyanda ölkənin keçmiş rəhbəri Kim İr Senin 105 illiyi münasibətilə hərbi parad keçirilib
Şimali Koreyada PARAD - ballistik raketlər nümayiş olundu

Bakı. Trend:

Şimali Koreyanın paytaxtı Pxenyanda ölkənin keçmiş rəhbəri Kim İr Senin 105 illiyi münasibətilə hərbi parad keçirilib.

Trend-in məlumatına görə, parad zamanı sualtı qayıqlardan buraxıla bilən ballistik raketlər nümayiş olunub.

Bundan başqa, bir sıra mətbuat orqanları qitələrarası ballistik raketlərin nümayiş olunduğunu da iddia edib.

Qeyd edək ki, hərbi parad Şimali Koreya ilə ABŞ arasında münasibətlərin gərginləşməsi fonunda baş tutub.

Xəbər lenti

Xəbər lenti