Bakı. Trend:
ABŞ-ın San-Fransisko şəhərində 88 min sakin işıqsız qalıb.
Trend-in məlumatına görə, bunu şəhərin meri Ed Li deyib.
"San-Fransiskoda elektrik enerjisinin verilməsində ciddi nasazlıq baş verib, təxminə 88 min sakin zərər çəkib", - Ed Li deyib.
Qəzanın aradan qaldırılması ilə məşğul olan "Pacific Gas and Electric Company" öz növbəsində "Twitter" hesabında bildirib ki, hazırda 15 min sakinə elektrik enerjisinin verilməsini bərpa etmək mümkün olub: "Elektrik enerjisinin verilməsi 15 min sakin üçün bərpa edilib. Biz mümkün olduğu dərəcədəetibarlı və tez işləyirik. Narahatçılıqa görə üzr istəyirik və səbrinizə görə təşəkkür edirik".