...

Suriyada ordusu bu ilin əvvəlindən 228 yaşayış məntəqəsini azad edib

Dünya xəbərləri Materials 22 Aprel 2017 19:49 (UTC +04:00)

Bakı. Trend:

Suriyada hökumət qoşunları bu ilin əvvəlindən "İslam dövləti" beynəlxalq terror təşkilatı tərəfindən ələ keçirilmiş 228 yaşayış məntəqəsini azad edib.

Trend-in RİA Novosti-yə istinadən veridiyi xəbərə görə, bu haqda Rusiyanın Suriyada düşmən tərəflərin barışdırılması Mərkəzi məlumat verib.

Rusiya Müdafiə Nazirliyinin saytında dərc edilmiş bülletendə deyilir: "Suriyanın hökumət qoşunlarının "İslam dövləti" terror təşkilatının silahlı birləşmələrindən 2017-ci il yanvarın 1-dən azad etdiyi yaşayış məntəqələrinin sayı 228-ə çatıb".

Qeyd edək ki, sutka ərzində hökumət qoşunlarının nəzarəti altına keçib 6 kvadrat kilometr ərazisi keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti