...

Tailandda qasırğa xəbərdarlığı verilib

Dünya xəbərləri Materials 26 Aprel 2017 23:20 (UTC +04:00)
Tailand meteorologiya departamenti 27-30 aprel tarixlərində ölkənin şimal, şimal-şərq və şərq əyalətləri üçün qasırğa xəbərdarlığı verib
Tailandda qasırğa xəbərdarlığı verilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Tailand meteorologiya departamenti 27-30 aprel tarixlərində ölkənin şimal, şimal-şərq və şərq əyalətləri üçün qasırğa xəbərdarlığı verib.

Trend-in məlumatına görə, meteoroloqlar bu günlər ərzində güclü küləyin olacağını, leysan və dolu yağacağını proqnozlaşdırır və yerli sakinləri, eləcə də turistləri yarımçıq tikililərdən və hündür ağaclardan uzaq durmağa çağırır.

Paytaxt Banqkok üçün də 28-30 aprel tarixlərində qasırğa xəbərdarlığı verilib.

Ölkənin mərkəzi hissəsində isə artıq qasırğa fəsadlara səbəb olub. Nakhon Ratçasima əyalətində 300-ə yaxın yaşayış evi güclü külək və doludan ziyan çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti