Təfərrüatlar əlavə olunub (İlk xəbər 22:45-də yayımlanıb)
Bakı. Trend:
Kubada Artemisa vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər həlak olub.
Xəbərdə deyilir ki, təyyarə Aerogaviota" aviaşirkətinə məxsus olub.
XXX
23:08
Kubada radarlardan itən göyərtəsində 39 nəfər olan An-26 sərnişin təyyarəsi qəzaya uğrayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza Pinar-del-Rio vilayətində baş verib.
Fəlakətin qurbanlarının dəqiq sayı hələlik məlum deyil.
XXX
22:45
Kubada sərnişin təyyarəsi An-26 radarlardan itib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təyyarənin göyərtəsində 39 nəfər olub.
"Aerogaviota" aviaşirkətinə məxsus təyyarə Barakoa hava limanından reys edirdi.
Hələlik sərnişinlərin və ekipajın taleyləri barədə məlumat yoxdur.