Bakı. Trend:
Yəmənin cənub-qərbində hökümət qüvvələri və husi üsyançıları arasında toqquşmalar davam edir.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, toqquşmalar nəticəsində 6-si hərbçi olmaqla 38 nəfər həlak olub. Bundan əlavə 27-si hərbçi olmaqla onlarla insan yaralanıb.
"Hökümət qüvvələri Taizdə medinstitun korpusunu nəzarətə alıblar. Hazırda toqquşmalar prezident sarayının yaxınlığında yerləşən Ammar məktəbinin ərazisində davam edir. Husilər hökümət qüvvələrinin mövqelərini raket-artilleriya atəşinə tuturlar", - regionda hökümət qüvvələrinin nümayəndəsi polkovnik Mansur əl-Hassani deyib.