Bakı. Trend:
İraqın şərq əyaləti Diyalada terrorçu-kamikadze özünü partladıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.
Məlumata əsasən, terrorçu-kamikadze üzərinə bağladığı bombanı Baakuba şəhərinin mərkəzində işə salıb. Xəsarət alanların əksəriyyəti dövlət qulluqçularıdır.