...

Obama 8 milyonluq 8 yataq otağı olan malikanə aldı

Dünya xəbərləri Materials 1 İyun 2017 09:44 (UTC +04:00)
ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda 8,1 milyon dollar dəyərində malikanə alıb.
Obama 8 milyonluq 8 yataq otağı olan malikanə aldı

Bakı. Trend:

ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda 8,1 milyon dollar dəyərində malikanə alıb. Trend-in məlumatına görə, malikanə Vaşinqtonun şimal-qərbində, hazırkı ABŞ prezidenti Donald Trampın qızı İvankanın evinin yaxınlığında yerləşir.

Obama ailəsi Ağ Evi tərk etdikdən sonra bu malikanəni icarəyə götürmüş, bu yaxınlarda onu almaq barədə qərar qəbul etmişdir. Malikanə böyüklüyü ilə diqqəti çəkir, burada 8 yataq otağı var.

Obama ailəsi sabiq prezidentin qızı Saşa məktəbi Vaşinqtonda bitirinə qədər hələ burada yaşamaq fikrindədir.

Xəbər lenti

Xəbər lenti