...

Orlandoda ATIŞMA - çoxsaylı qurbanlar var (YENİLƏNİB 2)

Dünya xəbərləri Materials 5 İyun 2017 18:06 (UTC +04:00)
ABŞ-ın Orlando şəhərində atışma baş verib.
Orlandoda ATIŞMA - çoxsaylı qurbanlar var (YENİLƏNİB 2)

İlk xəbər saat 17:30-da yayımlanıb

Bakı. Trend:

Orlando şəhərində baş vermiş atışmada ölənlərin sayının 5 olduğu bildirilib. Trend-in məlumata görə, ölənlərin sayı barədə məlumat yayan polis, bununla belə insidentin terror aktı ilə heç bir əlaqəsi olmadığını qeyd edib.

X X X

ABŞ-ın Orlando şəhərində atışma baş verib.

Trend-in məlumatına görə, şəhər polis rəhbərinin verdiyi ilkin ehtimala görə, atışma nəticəsində çoxsaylı "qurbanlar" var.

Polis əlavə edib ki, artıq hadisə yerində vəziyyət nəzarətə götürülüb, araşdırma aparılır.

Yerli telekanal isə atışmanın şəhərətrafında sənaye zonalarından birində baş verməsi barədə məlumat yayıb. Həmin əraziyə gedən yolların bağlandığı bildirilib.

Xəbər lenti

Xəbər lenti