Bakı. Trend:
Monteqronun Xarici İşlər Naziri Sercan Darmanoviç ABŞ Dövlət Departamentində ölkəsinin NATO-nun tərkibinə daxil olmağı ilə əlaqədar sənədi Dövlət Katibi Tomas Şennona təqdim edib.
Trend-in məlumatına görə, bununla da Monteneqro NATO-nun rəsmi olaraq 29-сi üzvü oldu.
2016-ci ilin mayın 19-da NATO-ya daxil olan ölkələr Monteneqronun alyansın tərkibinə daxil olmağı ilə əlaqədar sənəd imzalayıblar.
Monteneqro parlamenti 2017-ci ilin aprelin 28-də həmin sənədi ratifikasiya edib.