...

ABŞ-da mətbuata məxfi sənədləri ötürən qadın həbs olunub

Dünya xəbərləri Materials 6 İyun 2017 06:13 (UTC +04:00)
ABŞ hakimiyyəti mətbuata məxfi sənədlərin verilməsində ittiham olunan dövlət podratçısını həbs edib
ABŞ-da mətbuata məxfi sənədləri ötürən qadın həbs olunub

Bakı. Trend:

ABŞ hakimiyyəti mətbuata məxfi sənədlərin verilməsində ittiham olunan dövlət podratçısını həbs edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda ABŞ Ədliyyə Nazirliyi xəbər verir.

Bildirilir ki, məxfi sənədləri Pluribus International Corporation şirkətinin 25 yaşlı əməkdaşı Rieliti Vinner mətbuata ötürüb. O, fevralda işə qəbul edilib və həmin vaxtlarda da "tam məxfi" qrifi altında olan məlumatlara işləməyə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti