...

Parisdə naməlum şəxs polisə çəkiclə hücum edib

Dünya xəbərləri Materials 6 İyun 2017 18:59 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə naməlum şəxs polis əməkdaşına çəkiclə hücum edib
Parisdə naməlum şəxs polisə çəkiclə hücum edib

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə naməlum şəxs polis əməkdaşına çəkiclə hücum edib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzində Notr-Dam kilsəsinin yaxınlığında qeydə alınıb.

Polis atəş açaraq həmin şəxsi zərərsizləşdirib.

Hazırda həmin ərazi nəzarətə götürülüb, əməliyyat keçirilir. Polis sakinlərə əməliyyatın keçirilməsi ilə bağlı xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti