Bakı. Trend:
Çinin Sıçuan əyalətində Maosan qəzasında torpaq sürüşməsi nəticəsində 100 nəfər dağıntılar altında qalıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə CCTV telekanalı xəbər verir.
Məlumatlara görə, torpaq sürüşməsinə səbəb davam edən yağışlar olub.
Hadisə iynun 24-ü səhər saat 06.00 radələrində baş verib. Sürüşmə nəticəsində təxminən 40 ev dağıntılar altında qalıb.