...

Türkiyə hökumətində dəyişikliklər gözlənilir

Dünya xəbərləri Materials 1 İyul 2017 13:31 (UTC +04:00)
Türkiyə Nazirlər Kabinetinin tərkibində dəyişikliklər gözlənilir.
Türkiyə hökumətində dəyişikliklər gözlənilir

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Nazirlər Kabinetinin tərkibində dəyişikliklər gözlənilir.

Trend-in məlumatına görə, bunu yerli KİV-lər hakim Ədalət və İnkişaf Partiyasındakı (AKP) mənbəyə istinadən yazırlar.

Hökumətdə dəyişikliklərin gələn həftə ediləcəyi bildirilir.

Ən azı 5 yeni nazir və müşavirin təyin olunacağı, həmçinin bir sıra Baş nazir müavinlərinin dəyişdirilməsi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti