...

Yakutiya "yanır" - Fövqəladə vəziyyət elan olundu

Dünya xəbərləri Materials 3 İyul 2017 17:52 (UTC +04:00)
Yakutiyada regional xarakterli fövqəladə vəziyyət elan olunub.
Yakutiya "yanır" - Fövqəladə vəziyyət elan olundu

Bakı. Trend:

Yakutiyada regional xarakterli fövqəladə vəziyyət elan olunub. Trend-in məlumatına görə, bu barədə Saxa Respublikasının (Yakutiya) başçısı Eqor Borisov sərəncam imzalayıb.

Sərəncama görə, fövqəladə vəziyyət kəskin xarakter almış meşə yanğınları səbəbindən iyulun 3-dən qüvvəyə minir.

Respublika ərazisində meşə yanğınları ilə bağlı son məlumata görə, yanğınlar 9 rayonda 613,6 ha sahəni əhatə edib. Yanğınların qarşısının alınmasına 688 nəfər və 58 texinka cəlb olunub.

Xəbər lenti

Xəbər lenti