Türkiyədə onlayn qumar oyunlarının təşkili ilə mübarizə gücləndirilir

Dünya xəbərləri Materials 4 İyul 2017 11:00 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə qanunsuz qumar oyunlarının təşkili ilə mübarizə gücləndirilir.

Trend-in məlumatına görə, ölkədə qumar oyunlarının saytlarını ciddi nəzarətdə saxlamaq üçün Baş Prokurorluğun nəzdində xüsusi komissiya yaradılıb.

Həmin saytların təsisçiləri və istifadəçilərinin cinayət məsuliyyətinə cəlb olunacağı bildirilir.

Qeyd olunur ki, onlayn qumar oyunlarının təşkilatçılarının gəlirləri, əmlakı müsadirə olunacaq, istənilən onlayn pul köçürmələri qadağan olunacaq, qumar oyunlarını reklam edən saytlar bağlanacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti