...

Sel 1 həftədə 48 nəfəri öldürdü

Dünya xəbərləri Materials 26 İyul 2017 19:22 (UTC +04:00)
Hindistanda musson yağışlarının yol açdığı sel nəticəsində ölənlərin sayı 48-ə çatıb.
Sel 1 həftədə 48 nəfəri öldürdü

Bakı. Trend:

Hindistanda musson yağışlarının səbəb olduğu sel nəticəsində ölənlərin sayı 48 nəfərə çatıb.

Trend-in məlumatına görə, ölkənin ən böyük turist məkanlarından olan Rajastan əyalətində 29 nəfər selin qurbanı olub.

Qeyd olunur ki, əyalət hər tərəfdən sel sularının mühasirəsində qalıb. Minlərlə insanın evlərin damında kömək gözlədiyi deyilir.

Qeyd edək ki, Hindistanda musson yağışları sentyabr ayına qədər davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti