...

Çində qatarda PARTLAYIŞ - Yaralılar var

Dünya xəbərləri Materials 2 Avqust 2017 10:13 (UTC +04:00)
Çinin Çuntsin şəhərində vağzalda yük qatarında partlayış baş verib.
Çində qatarda PARTLAYIŞ - Yaralılar var

Bakı. Trend:

Çinin Çuntsin şəhərində vağzalda yük qatarında partlayış baş verib. Trend-in məlumatına görə, Tsyantszyan rayon polisi insident nəticəsində 7 nəfərin xəsarət aldığını bildirib. Xəsarət alanlar arasında vağzal əməkdaşları və vağzalda qatar gözləyən sərnişinlər olub.

Məlumata görə, yük qatarı Xunan şəhərindən gəlibmiş. Partlayışın 5-ci vaqonda baş verdiyi bildirilir. Məlumata görə, həmin vaqonda müxtəlif yüklər, o cümlədən dərman vasitələri, kosmetik vasitələr, gübrələr, batereyalar və avtomobil avadanlıqları olub.

Partalyışın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Hadisə ilə bağlı araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti