...

ABŞ mətbuatı Trampın vergidən yayındığını iddia edir

Dünya xəbərləri Materials 5 Avqust 2017 04:52 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp və onun oğlu Erikin şirkətləri arasında 2 mənzilin satılması vergidən yayınma ilə bağlı şübhələr yarada bilər
ABŞ mətbuatı Trampın vergidən yayındığını iddia edir

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp və onun oğlu Erikin şirkətləri arasında 2 mənzilin satılması vergidən yayınma ilə bağlı şübhələr yarada bilər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Washington Post nəşri xəbər verib.

Real Deal jurnalı və Propublica qeyri-hökumət təşkilatının məlumatına görə, 2016-ci ilin aprel ayında ümumilikdə 700 min dollar təşkil edən 2 mənzil Donald Trampın şirkəti tərəfindən Erikin rəhbərlik etdiyi şirkətə satıb.

Amerika qanunvericiliyinə görə, yaxın qohumlar arasında bazar qiyməti ilə alqı-satqı sövdələşmələri vergiyə cəlb olunmur. Lakin satılan əmlakın bazar dəyərinin yüksək olduğunu nəzərə alaraq, Donald Tramp mənzillərin satılmasında əldə etdiyi gəlirdən 40% vegi ödəməli idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti