...

Məkkədə zəvvarların qaldığı hoteldə yanğın baş verib

Dünya xəbərləri Materials 8 Avqust 2017 14:16 (UTC +04:00)
Məkkə şəhərində zəvvarların qaldığı hotellərin birində yanğın baş verib
Məkkədə zəvvarların qaldığı hoteldə yanğın baş verib

Bakı. Trend:

Məkkə şəhərində zəvvarların qaldığı hotellərin birində yanğın baş verib.

Trend-in məlumatına görə, yanğının qarşısı qısa müddətdə alındığından hadisə nəticəsində zərər çəkən olmayıb.

Yanğın baş verən hoteldə Hindistandan gəlmiş 391 zəvvarın qaldığı bildirilib. Təhlükəsizlik məqsədilə onlar təxliyə edilib.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, bu il Həcc ziyarərti avqustun 30-dan sentyabrın 4-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti