Bakı. Trend:
Barselonada terror aktının törədilməsində şübhəli bilinən terrorçulardan biri polislərlə atışmada öldürülüb.
Trend-in "La Vanguardia" qəzetinə istinadən verdiyi xəbərə görə, polis həmçinin bir nəfəri saxlayıb.
Qeyd edək ki, bu gün Barselonada terror aktı törədilib. Hadisə nəticəsində azı 13 nəfər həlak olub, 64 nəfər yaralanıb.