Bakı. Trend:
İraq ordusu Suriya ilə sərhəddə yerləşən və "İslam dövləti" qruplaşmasının son dayaq nöqtəsi olan Tall-Afar şəhərinin terrorçulardan azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda İraqın baş naziri Heydər Əl-Abadi deyib.
O bazar günü televiziya verdiyi açıqlamasında bildirib: "Əziz xalqımız, Tall-Afaranın azad olunması üçün vaxt çatıb".
Onun sözlərinə görə, İraq ordusunun bütün mövqeləri azad olunması üçün şəhər istiqamətinə göndərilir.
Baş nazir deyib: "İŞİD-ə ya təslim olmaq, ya da ölmək qalır".