...

Macarıstanla Niderlandın arası dəydi: Səfir geri çağırılır

Dünya xəbərləri Materials 25 Avqust 2017 14:56 (UTC +04:00)
Macarıstan Niderlanddan səfirini geri çağırır və bu ölkədə diplomatik nümayəndəliyin səviyyəsini müvəqqəti işlər vəkilliyinədək azaldır.
Macarıstanla Niderlandın arası dəydi: Səfir geri çağırılır

Bakı. Trend:

Macarıstan Niderlanddan səfirini geri çağırır və bu ölkədə diplomatik nümayəndəliyin səviyyəsini müvəqqəti işlər vəkilliyinədək azaldır.

Trend-in məlumatına görə, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Buna Niderlandın bu ölkədəki səfirinin yerli KİV-lərə qalmaqallı müsahibəsi səbəb olub. Diplomat Macarıstan hökumətini terrorçularla müqayisə edib və bildirib ki, İslamçı ekstremistlərin düşmən obrazı yaradarkən istifadə etdiyi prinsipləri Macarıstan hökuməti də tətbiq edir.

P.Siyarto qeyd edib ki, iki ölkə arasında qeyri-müəyyən müddətə səfirlər səviyyəsində münasibət olmayacaq: "Bu, diplomatiyada ən radikal addımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti