Bakı. Trend:
ABŞ Rusiyadan San-Farnsiskodakı baş konsulluğunu bağlamağı tələb edir.
Trend "TASS" agentliyinə istinadən xəbər verir ki, məlumat ABŞ Dövlət Departamentinin açıqlamasında yer alıb.
Eyni zamanda ABŞ Rusiyadan Vaşinqton və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərindən birini bağlamağı da tələb edib.
ABŞ xarici siyasət idarəsi bildirib ki, Vaşinqton da öz növbəsində Rusiyanın tələbinə riayət edərək bu ölkədəki diplomatlarının sayını azaldıb.