...

İtaliyada 4 yaşlı uşaq malyariyadan öldü

Dünya xəbərləri Materials 5 Sentyabr 2017 14:29 (UTC +04:00)
İtaliyanın şimalında 4 yaşlı uşaq malyariyadan dünyasını dəyişib.
İtaliyada 4 yaşlı uşaq malyariyadan öldü

Bakı. Trend:

İtaliyanın şimalında 4 yaşlı uşaq malyariyadan dünyasını dəyişib. Trend-in məlumatına görə, həkimlər bu faktın regionda son 30 ilin tək yoluxma faktı olduğunu qeyd ediblər.

Məlumata görə, uşaq şənbə günü helekopterlə Breşiya şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilib, hərarəti 40 dərəcədən yüksək olub.

Həkimlərin səylərinə baxmayaraq, ötən gün uşaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb. Belə ki, uşağın hansı şəraitdə malyariyaya yoluxma faktı öyrəniləcək. Məlum olub ki, uşağın ailəsi son aylar ölkə hüdudlarını tərk etməyib.

Xəbər lenti

Xəbər lenti