...

Hər iki italiyalıdan birinin qorxduğu nədir?

Dünya xəbərləri Materials 14 Sentyabr 2017 22:45 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyada hər iki nəfərdən biri miqrantlardan qorxur.

Trend-in məlumatına görə, bu, İtaliyada keçirilən rəy sorğusu nəticəsində məlum olub.

Rəyi soruşulanların 46 faizi miqrantların kütləvi axınından, şəhərlərdə baş verən zorakılıq aktlarından, eləcə də İŞİD terror təşkilatının təhdidlərindən qorxduğunu etiraf edib.

Sorğu nəticəsində məlum olub ki, 45-65 yaş sakinlər arasında miqrantlardan qorxduğunu bildirənlərin sayı çoxluq təşkil edir. Gənclər arasında isə bu göstərici daha az olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti