...

Londonda 24 mərtəbəli binada baş vermiş yanğında 80%-dan çox zərər çəkmiş yeni mənzillə təmin olunmayıb

Dünya xəbərləri Materials 14 Sentyabr 2017 05:15 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya höküməti Londonda 24 mərtəbəli "Grenfell Tower" yaşayış binasında baş vermiş yanğında 80 faizdən çox zərər çəkənləri hələdə yeni mənzillə təmin etməyib.

Trend-in "İndependent" qəzetinə istinadən verdiyi məlumata görə, zərər çəkən ailələrdən cəmi 3-ü yeni mənzil ilə təmin olunub, 29 ailəyə müvəqqəti yaşayış üçün ev verilib, 165 ailə isə hələdə mənzil ilə təmin olunmayıb.

Qeyd edək ki, iyunun 14-nə keçən gecə Londonda 24 mərtəbəli “Grenfell Tower” yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində azı 80 nəfər həlak olub və itkin düşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti