...

BMT Rakkada dinc sakinlərin vəziyyətinin pisləşməsindən narahatdır

Dünya xəbərləri Materials 15 Sentyabr 2017 02:34 (UTC +04:00)

Bakı. Trend:

BMT Suriyanın Rakka şəhərində dinc sakinlərin vəziyyətinin pisləşməsindən narahatdır.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

Onun sözlərinə görə, BMT əksəriyyəti qadın və uşaqlar olan hələ də Rakka şəhərində qalan 15 min insan təhlükəsizliyi və müdafiəsindən narahatdı: "Şəhərdə humanitar vəziyyət çox acınacaqlıdır. Şəhərdə qalan insanların əksəriyyəti humanitar və tibbi şəraitin pisləşməsi ilə üzləşir"

Qeyd edək ki, BMT-nin məlumatına görə, iyul ayından başlayaraq Rakkada ümumilikdə 51 mindən çox insan evlərini tərk ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti