Bakı. Trend:
Kolumbiya hakimiyyəti 7 tonluq böyük kokain partiyasının müsadirə olunduğunu bildirib.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Daxili İşlər Nazirliyinin Twitter səhifəsində yazılıb.
Məlumata görə, müsadirə olunan narkotik vasitə "Körfəz klanı" qruplaşmasına məxsus olub.
Qeyd olunur ki, Nyu York küçələrində bu partiyanın ümumi qiyməti 200 milyon dollar təşkil edəcəkdi.