...

Tramp yenidən İranı raket sınaqlarına görə qınadı

Dünya xəbərləri Materials 24 Sentyabr 2017 05:25 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp İranı yeni raket sınaqlarına və Şimali Koreya ilə əməkdaşlığa görə qınayıb
Tramp yenidən İranı raket sınaqlarına görə qınadı

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İranı yeni raket sınaqlarına və Şimali Koreya ilə əməkdaşlığa görə qınayıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Tramp öz "Twitter" səhifəsində yazıb.

Tramp bildirib: "İran indi İsrailə qədər çata bilən ballistik raket sınağını keçirib. Onlar həmçinin Şimali Koreya ilə əməkdaşlıq edirlər. Razılaşmadan çox da şey almırıq!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti