...

Məktəbdə yanğın - 900-a yaxın şagird təxliyə edildi

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 11:48 (UTC +04:00)
Sankt-Peterburqda orta məktəblərin birində baş verən yanğınla əlaqədar 900-ə yaxın adam təxliyə edilib
Məktəbdə yanğın - 900-a yaxın şagird təxliyə edildi

Bakı. Trend:

Sankt-Peterburqda orta məktəblərin birində baş verən yanğınla əlaqədar 900-ə yaxın adam təxliyə edilib.

Trend-in məlumatına görə, yanğın binanın 3-çü mərtəbəsində, musiqi otağında başlayıb.

Yanğının qarşısının alınması üçün 6 maşın və 40-a yaxın yanğınsöndürən cəlb edilib.

Ümumilikdə 832 şagird, 65 müəllim və işçi heyəti təxliyə edilib. Xəsarət alanların olmadığı bildirilir.

Yanğının baş vermə səbəbləri məlum deyil.

Xəbər lenti

Xəbər lenti