Bakı. Trend:
Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində partlayış törədilib.
Trend-in məlumatına görə, partlayışın törədilməsi üçün hərbi maşından istifadə edildiyi bildirilir. Məlumata görə, maşın polis məntəqəsinə sürülüb. İnsident nəticəsində 12 polis əməkdaşı həlak olub, 4 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı məsuliyyəti “Taliban” qruplaşması üzərinə götürüb.