...

Qırğızıstanda hakimiyyəti ələ keçirmək istəyən deputat həbs edilib

Dünya xəbərləri Materials 2 Oktyabr 2017 17:06 (UTC +04:00)

Bakı. Trend:

Qırğızıstanda məhkəmə prezident seçkilərində dəstəklədiyi namizədin məğlub olacağı təqdirdə hakimiyyəti ələ keçirəcəyini iddia edən millət vəkili Kanatbek İsayevin həbsinə qərar verib.

Trend-in məlumatına görə, Qırğızıstan Baş Prokurorluğu millət vəkilinin bir qrup şəxslə əlbir olaraq hakimiyyəti ələ keçirmək niyyətində olduğunu bildirib və cinayət işi başlaylıb.

Nəticədə K.İsayev barəsində həbs-qətimkan tədbiri keçirilib.

Qeyd edək ki, Qırğızıstanda prezident seçkiləri oktyabrın 15-də baş tutacaq. Kanatbek İsayev Omurbek Babanovu dəstəklədiyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti