...

Kaliforniyada meşə yanğınları - 10 ölü, 100 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 10 Oktyabr 2017 09:26 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları 10 nəfərin həyatına son qoyub
Kaliforniyada meşə yanğınları - 10 ölü, 100 yaralı (YENİLƏNİB)

İlk xəbər saat 05:16-da yayımlanıb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında meşə yanğınları 10 nəfərin həyatına son qoyub.

Trend-in məlumatına görə, bir nəfər Mendosinoda, 2-si Napada, 7-si isə Sonomada həlak olublar.

Son məlumata görə, 100-dən artıq Kaliforniya sakini isə müxtəlif xəsarətlərlə xəstəxanalara müraciət ediblər. Yerli xəstəxanadan verilən məlumata görə, müraciət edənlərin əksəriyyəti tüstülənmədən zəhərləniblər. 12 nəfərin vəziyyəti daha ağır qiymətləndirilir.

Qeyd edək ki, "NBC" telekanalı daha əvvəl meşə yanğınlarının başlandığını və 20 mindən artıq insanın təxliyə olduğunu bildirib. Yanğında 1,5 mindən artıq ev və sənaye binaları yayrsız hala gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti