Bakı. Trend:
İspaniyanın Qalisiya muxtariyyətində baş verən meşə yanğınları 2 nəfərin ölümünə səbəb olub.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, ölənlər yanğının episentrində olan yolda avtomobildə olublar.
İspaniyanın baş naziri Mariano Rahoy "Twitter" hesabında yazıb: "Qalisiyada yanğınlarda insanların ölümü ilə bağlı baş sağləğə. Yanğın söndürülməsində iştirak edənlərə və insanlara kömək edənlərə təşəkkür edirəm".