Bakı. Trend:
Moskvada qanunları ən çox pozan əcnəbilər Özbəkistan, Ukrayna və Qırğızıstan vətəndaşlarıdır.
Trend-in məlumatına görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər idarəsi məlumat verib.
Qeyd olunur ki, 2017-ci ildə əcnəbi vətəndaşlar tərəfindən Moskva ərazisində 4500-dən çox qanun pozuntusu qeydə alınıb. Məlumata görə, daha çox pozuntular adı çəkilən ölkələrin vətəndaşları tərəfindən həyata keçirilib.