Bakı. Trend:
ABŞ-ın dövlət katibi Reks Tillerson Əfqanıstana elan olunmamış səfər edib.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Əfqanıstandakı səfirliyi məlumat verib.
R.Tillerson paytaxt Kabildə Əfqanıstan prezidenti Əşrəf Qəni ilə görüşüb.
Məlumata görə, görüş zamanı Əfqanıstanda təhlükəsizlik məsələləri və bununla bağlı ikitərəfli əməkdaşlıq müzakirə olunub.