...

Ermənistan 22 mindən çox suriyalı qaçqına sığınacaq verib

Dünya xəbərləri Materials 24 Oktyabr 2017 16:49 (UTC +04:00)
Suriyada münaqişə başlayandan Ermənistan bu ölkədən 22 mindən çox qaçqına sığınacaq verib
Ermənistan 22 mindən çox suriyalı qaçqına sığınacaq verib

Bakı. Trend:

Suriyada münaqişə başlayandan Ermənistan bu ölkədən 22 mindən çox qaçqına sığınacaq verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu İtaliyada ATƏT-in Aralıq dənizi konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.

Onun sözlərinə görə, Ermənistan qəbul edilən suriyalı qaçqınların sayına görə Avropada üçüncü ölkə olub.

Qeyd edək ki, Suriyada münaqişə başlamazdan əvvəl orada 110 minə yaxın erməni yaşayırdı. Bu müddət ərzində ölkəni 90 mindən çox erməninin tərk etdiyi məlumat verilib.

Xəbər lenti

Xəbər lenti