...

Lavrov və Zərif Xəzərdə əməkdaşlıq məsələsini müzakirə edib

Dünya xəbərləri Materials 7 Noyabr 2017 17:33 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və İranın xarici işlər naziri Cavad Zərif arasında bu gün telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, tərəflər telefon söhbətində Suriya məsələsini və Xəzər dənizində əməkdaşlıq mövzusunu müzakirə ediblər.

Danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putinin noyabrın 1-də İrana işgüzar səfərinin yekunlarına da diqqət ayrılıb.

Nazirlər Xəzər dənizində əməkdaşlığın əsas məsələləri barədə fikir mübadiləsi aparıb.

Xəbər lenti

Xəbər lenti