...

Əfqanıstanda avtobus qəzası - 5 ölü, 40-a yaxın yaralı

Dünya xəbərləri Materials 13 Noyabr 2017 12:04 (UTC +04:00)
Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində avtobusun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub
Əfqanıstanda avtobus qəzası - 5 ölü, 40-a yaxın yaralı

Bakı. Trend:

Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində avtobusun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində daha 37 nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlardan bir neçə nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qeyd olunur ki, Qəndəhardan Herata gedən avtobus sürücünün idarəetməni itirməsi nəticəsində qəzaya uğrayib.

Hadisə ilə bağlı araşdırmalar başlayıb.

Xəbər lenti

Xəbər lenti