...

Türkiyə hərbçilərini NATO təlimlərindən geri çağırdı - Səbəb?

Dünya xəbərləri Materials 17 Noyabr 2017 14:32 (UTC +04:00)
Türkiyə 40 hərbçisini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb.
Türkiyə hərbçilərini NATO təlimlərindən geri çağırdı - Səbəb?

Bakı. Trend:

Türkiyə 40 hərbçisini Norveçdə keçirilən NATO təlimlərindən geri çağırıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub".

R.T.Ərdoğan Türkiyə hakimiyyətinin bu qərarı dəstəklədiyini bildirib: "Ankara həmin stend götürülsə belə, bu qərarına yenidən baxmayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti