...

Keniyada oğrular bank yarmaq üçün yarım il tunel qazıblar

Dünya xəbərləri Materials 22 Noyabr 2017 00:10 (UTC +04:00)
Keniyanın Tika şəhərində bankı yarmaq üçün yarım il tunel qazan 3 nəfər polislər tərəfindən saxlanılıb
Keniyada oğrular bank yarmaq üçün yarım il tunel qazıblar

Bakı. Trend:

Keniyanın Tika şəhərində bankı yarmaq üçün yarım il tunel qazan 3 nəfər polislər tərəfindən saxlanılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bankın binası polis məntəqəsinin qarşısında olsada heç kim "şübhəli fəallığa fikir verməyib". Polisləri hadisə yerinə yanıq iysi hiss edən bankın meneceri çağırıb.

Bankın nümayəndəsi Samuel Nqanqa bildirib ki, polislər bankın binasının yanındakı binanı yoxlayarkən orada tunel aşkar ediblər. Bundan sonra qarətçilər polislər tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti